Modern.az

Millimiz Estoniya yığması ilə qarşılaşacaq

Millimiz Estoniya yığması ilə qarşılaşacaq

İdman

6 İyul 2023, 14:12

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, yığmamız Estoniya millisi ilə üz-üzə gələcək.

 

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq qarşılaşma saat 18:45-də başlayacaq. A qrupunun digər matçında İtaliya və Moldova seçmələri üz-üzə gələcəklər.

 

Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV