Modern.az

Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı

Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı

İdman

14 Oktyabr 2023, 14:36

AVRO-2025-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Lüksemburq yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Dumitri Muntean olacaq. Ona həmyerliləri Denis Oala və Sergiu Boqdan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İqor Boska yerinə yetirəcək.

 

Qeyd edək ki, oktyabrın 17-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV