Modern.az

"Bayer" rekordunu təkrarladı

İdman

22 Oktyabr 2023, 18:03

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" rekordunu təkrarlayıb.

 

Modern.az "Opta"ya istinadən xəbər verir ki, komanda dünən Bundesliqanın 8-ci turunda "Volfsburq"a 2:1 hesab ilə qalib gələrək buna nail olub. Leverkuzen təmsilçisi  bütün yarışlarda ardıcıl 11 matçda ən azı iki qolla fərqlənib. Bu, klubun 1979-cu ildə Bundesliqaya daxil olduğu vaxtdan bəri klubun rekordunun təkrarıdır.

 

"Bayer" daha əvvəl 2014-cü ildə oxşar seriyanı nümayiş etdirib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV