Modern.az

“Qarabağ”ın qapıçısı Rusiya millisinə dəvət aldı

“Qarabağ”ın qapıçısı Rusiya millisinə dəvət aldı

İdman

7 Noyabr 2023, 16:34

Futbol üzrə Rusiya milli komandasının Kuba yığması ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

 

Modern.az xəbər verir ki, baş məşqçi Valeri Karpin 29 futbolçuya dəvət göndərib.

 

Onların arasında “Qarabağ” klubunun qapıçısı Andrey Lunyov da var.

 

32 yaşlı qolkiper Rusiya seçməsinə sonuncu dəfə 2021-ci ildə dəvət alsa da, ehtiyatda qalıb.

 

Qeyd edək ki, Rusiya – Kuba qarşılaşması noyabrın 20-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV