Modern.az

"Qəbələ" bugünkü oyuna ciddi itki ilə çıxacaq

"Qəbələ" bugünkü oyuna ciddi itki ilə çıxacaq

İdman

12 Noyabr 2023, 11:05

"Qəbələ" bu gün Misli Premyer Liqasının 13-cü turunda "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Omar Hani bugünkü matçı buraxacaq.

 

İordaniyalı yarımmüdafiəçi məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmır. 

 

Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir