Modern.az

Millimiz Özbəkistana məğlub oldu

Millimiz Özbəkistana məğlub oldu

İdman

22 Fevral 2024, 13:28

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivi ilə qarşılaşan U-17 yığmamız 0:2 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Millimiz daha əvvəl Rusiyanın U-17 (0:1) və Belarusun (0:2) U-18 komandasına uduzub.

Yığmamız digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər