Modern.az

“Qarabağ”dan "Neftçi"nin pankartına CAVAB

“Qarabağ”dan

İdman

4 Mart 2024, 08:40

Ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ” “Neftçi”yə 4:1 hesabı ilə qalib gəlib.

 

Modern.az xəbər verir ki, “Neftçi” azarkeşləri oyunun gedişində Ağdam klubunun azarkeşlərini qıcıqlandıracaq pankart hazırlayıblar.

 

Bakı klubunun tərəfdarları “Əziz Bakılılar və Şəhərimizin Qonaqları” sözləri yazılmış xareoqrafiya açıblar.

 

Buna cavab olaraq matçdan sonra “Qarabağ” həmin pankart əsasında video hazırlayaraq instaqram səhifəsində paylaşıblar.

 

Videonu təqdim edirik:

 

 

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!