Modern.az

AFFA 2 kluba texniki məğlubiyyət verdi

AFFA 2 kluba texniki məğlubiyyət verdi

İdman

9 Aprel 2024, 14:08

AFFA İntizam Komitəsi “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib.

 

Modern.az xəbər verir ki, buna "Metropoliten"in I Liqanın XVIII turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.

 

“Record Club” isə Yüksək Liqanın XVIII turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.

 

İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu