Modern.az

3 idmançımız mübarizəyə başlayır - Paris-2024

3 idmançımız mübarizəyə başlayır - Paris-2024

İdman

28 İyul 2024, 09:17

Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

 

Modern.az xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

 

Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq.

 

Boksçuların mübarizəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes (92 kq) Xulio Sesar la Krusla (Kuba) qarşılaşacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu