Modern.az

Azərbaycan - İsveç oyununun hakimləri

Azərbaycan - İsveç oyununun hakimləri

İdman

2 Sentyabr 2024, 12:57

Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Milətlər Liqasının I tur oyununun təyinatları müəyyənləşib.

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balázs Berkeyə Vencel Toth və Balazs Szert köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Csaba Pinter yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu