Modern.az

“Qalatasaray” “Fənərbağça”nı darmadağın etdi

“Qalatasaray” “Fənərbağça”nı darmadağın etdi

İdman

26 Aprel 2026, 23:12

Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçirilib.

Modern.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşıb. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın heyətində qolları Viktor Osimhen, Barış Alper Yılmaz və Lukas Torreyra vurublar. "Fənərbağça"da Anderson Talişka 14-cü dəqiqədə penaltidən yararlana bilməyib. Qonaqlar 62-ci dəqiqədə isə azlıqda qalıblar. Qapıçı Ederson ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarını 74-ə çatdıran "sarı-qırmızılar" çempionluq yolunda vacib addım atıb. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qalıblar.

Qeyd edək ki, günün digər matçında "Gənclərbirliyi" evdə "Kocaelispor"u 1:0 hesabı ilə məğlub edib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək