Modern.az

Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandılar

Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandılar

İdman

Bu gün, 19:49

Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb. Son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Modern.az xəbər verir ki, Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə İslam Rəhimov (-66 kq) qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq), Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) isə bürünc medal əldə etmişdilər.

Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV