Dünya Çempionatı-2026-da 3-cü turun oyunları fonunda bombardirlərin siyahısı açıqlanıb.
Modern.az-ın məlumatına görə, hələ ki ən çox qol vuranların siyahısına argentinalı hücumçu Lionel Messi başçılıq edir. Onun hesabında 5 qol var.
Sonrakı yerlərdə braziliyalı Vinisius Junior, fransalı Kilian Mbappe və norveçli Erlinq Haland gəlir. Onların hər biri 4 qol vurub.
İlk beşliyi aımaniyalı Deniz Undav qapayır - 3 qol.
Portuqaliyalı Kriştianu Ronaldo 2 qolla rəqiblərindən çox geridə qalır.
Xatırladaq ki, Dünya Çempionatın yekununda ən çox qol vuran futbolçuya "Qızıl buts" mükafatı veriləcək.