Modern.az

DÇ-2026-da “pley-off”a çıxan komandalar artdı - ADLAR

DÇ-2026-da “pley-off”a çıxan komandalar artdı - ADLAR

İdman

Bu gün, 10:21

Futbol üzrə 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunlarından sonra turnirin 1/16 final mərhələsinin bir neçə cütü müəyyənləşib.

Modern.az xəbər verir ki, A, B, C, D, E, F, I, H, G qruplarında bütün oyunlar başa çatıb. Nəticədə “pley-off”da oynayacaq 32 komandadan 28-i artıq müəyyənləşib.

Meksika, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Kanada, Mərakeş, Cənubi Afrika Respublikası, Bosniya və Herseqovina, Kot-d'İvuar, Ekvador, Niderland, Yaponiya, İsveç, Avstraliya, Paraqvay, Belçika, Misir, İspaniya, Kabo-Verde, Seneqal, Portuqaliya, İngiltərə, Qana milli komandaları “pley-off”a vəsiqə qazanıblar. 

“Pley-off” oyunları:

CAR – Kanada
28 iyun, saat 23:00

Braziliya – Yaponiya
29 iyun, saat 23:00

Almaniya – Paraqvay:
29 iyun, saat 01:30-da

Niderland – Mərakeş
30 iyun, saat 05:00

Kot d'İvuar - Norveç
30 iyun, saat 21:00

Fransa – İsveç:
1 iyul, saat 02:00-da.

ABŞ - Bosniya və Herseqovina
2 iyul, saat 04:00

Avstraliya – Misir:
3 iyul, saat 23:00

Argentina – Kabo Verde:
4 iyul, saat 03:00

2026-cı il Dünya Çempionatı Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Qrup mərhələsi 28 iyun tarixində başa çatacaq və bundan sonra komandalar mübarizəni "pley-off" mərhələsində davam etdirəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada