Modern.az

Argentina uduzacaq, Portuqaliya dünya çempionu olacaq - Şaman danışdı

Argentina uduzacaq, Portuqaliya dünya çempionu olacaq - Şaman danışdı

İdman

Bu gün, 10:58

2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatı zamanı qalmaqallı açıqlamaları ilə gündəmə gələn qanalı şaman Nana Kvakı Bonsam yenidən futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

Modern.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, vaxtilə İngiltərə millisinin kapitanı Harri Keyni “lənətlədiyini” iddia edən şaman bu dəfə 2026-cı il dünya çempionatının qalibi ilə bağlı proqnozunu açıqlayıb.

Bonsamın sözlərinə görə, mundialın əsas kuboku Portuqaliya yığmasına qismət olacaq.

“Bu dünya çempionatı Kriştianu Ronaldonun və Portuqaliyanın olacaq”, - deyə o bildirib. O, Argentinanın Kabo-Verdeyə növbəti mərhələdə məğlub olacağını da qeyd edib.

Şaman eyni zamanda Harri Keynlə bağlı əvvəlki açıqlamalarına da münasibət bildirib. O, artıq ingilis hücumçu ilə bağlı hər hansı mənfi münasibətinin olmadığını vurğulayıb.

“Harri Keyn mənim düşmənim deyil. Yaxın zamanda dünyaya gələcək övladlarımdan birinə onun adını verəcəyəm”, - deyə Bonsam qeyd edib.

Ondan Keynin rəqiblərinə qarşı yeni bir “lənət” tətbiq edib-etməyəcəyi soruşulduqda isə qanalı şaman sadəcə gülməklə kifayətlənib.

Bonsam daha əvvəl İngiltərə ilə Qana arasında keçirilən oyun öncəsi həyata keçirdiyi sehrli ritualın matçın nəticəsinə təsir göstərəcəyini iddia etmişdi. İndi isə o, həmin fikirlərdən tamamilə imtina etdiyini və Harri Keynə münasibətinin dəyişdiyini deyir.

Qanalı şamanın digər açıqlaması isə daha da maraq doğurub. O iddia edib ki, Türkiyə millisinin dünya çempionatlarındakı uğursuz çıxışlarının səbəbi onun ritual zamanı baş vermiş təsadüfi səhvidir.

“Düzünü desəm, bu, böyük bir səhv idi. Qananın rəqibini zəiflətmək üçün xüsusi bir ayin hazırlamışdım. Lakin ritual zamanı xəritəni tutan şagirdim sürüşdü və enerji səhv istiqamətə yönələrək Türkiyəyə təsir göstərdi”, – deyə Bonsam bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada