Seneqal milli futbol komandasında baş məşqçi və federasiya ilə bağlı ciddi narazılıq yaranıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, futbolçular hazırkı vəziyyətdən məmnun olmadıqlarını bildirib.
Qeyd edilib ki, ilk etiraz edən oyunçu Pap Geye olub. O, sosial şəbəkə hesabında emosional paylaşım edərək komanda daxilindəki vəziyyəti sərt tənqid edib.
Məlumata görə, baş məşqçi artıq yarım ildir maaş almır. Federasiya isə maliyyə problemlərini əsas gətirərək vəziyyəti həll edə bilmədiyini bildirib.
Vəziyyətin daha da ağır olduğu bildirilir. Dünya çempionatı zamanı komandaya keyfiyyətli qidalanma təmin edilməyib. Futbolçular yeməklərini yerli mağazalardan almalı olub, həmçinin bəzi hallarda restoran xərclərini özləri qarşılayıblar.
Beləliklə, Seneqal millisinin turnir səfəri ciddi təşkilati və maliyyə problemləri ilə yadda qalıb.