Modern.az

Yeni nişanlısı məşhur futbolçunu tərk etdi

Yeni nişanlısı məşhur futbolçunu tərk etdi

İdman

Bu gün, 15:26

Argentinalı futbolçu Mauro İkardinin şəxsi həyatında yenidən gərginlik yaşanır.

Modern.az xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, onun nişanlısı, aktrisa Çinа Suares futbolçunu tərk edərək birgə yaşadıqları evi tərk edib.

Çina Suares vaxtilə İkardinin uzun illər həyat yoldaşı olan Vanda Naradan ayrılmasına səbəb göstərilən şəxs kimi tanınırdı. Cütlük münasibətlərinə başladıqdan təxminən ilyarım sonra nişanlanmışdı.

Məlumata görə, bir neçə gün əvvəl Suares İkardinin telefonunda başqa qadınlarla yazışmaları aşkarlayıb. Bundan sonra o, futbolçu ilə yollarını ayırmaq qərarı verərək onların ortaq yaşadığı evi tərk edib.

İddialara əsasən, Mauro İkardi hazırda nişanlısından üzr istəyir və münasibətlərə yenidən şans verməsini xahiş edir.

Hələlik tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada