FİFA 2026-cı il dünya çempionatının 1/16 finalında Xorvatiya ilə Portuqaliya (1:2) arasında keçirilən oyunda Xorvatiyanın 90+13-cü dəqiqədə vurduğu qolun niyə ləğv edildiyini rəsmi şəkildə izah edib.
Modern.az xəbər verir ki, FİFA norveçli baş hakim Espen Eskosun qərarını düzgün hesab edib.
Toronto şəhərində keçirilən qarşılaşmanın əlavə vaxtında xorvatiyalı müdafiəçi Yoşko Qvardiol hesabı bərabərləşdirmişdi. Lakin VAR yoxlamasından sonra hakim oyundankənar vəziyyət qeydə alaraq qolu ləğv edib.
Müəyyən olunub ki, top Qvardiola çatmazdan əvvəl Mario Paşaliç oyundankənar vəziyyətdə olub. Top isə hava mübarizəsində rəqiblə mübarizə aparan İqor Matanoviçin toxunuşundan sonra ona ötürülüb.
FİFA-nın açıqlamasına görə, 2026-cı il dünya çempionatının rəsmi topuna inteqrasiya olunmuş Connected Ball Technology sistemi Matanoviçin topa toxunduğunu təsdiqləyib. Məhz bu məlumat əsasında hakim oyundankənar qərarını verərək qolu ləğv edib.