Modern.az

Kral futbolçulara müraciət etdi

Kral futbolçulara müraciət etdi

İdman

16 İyul 2026, 23:55

Böyük Britaniya Kralı III Çarlz 2026-cı il dünya çempionatının yarımfinal mərhələsində Argentinaya məğlub olan İngiltərə millisinə dəstək nümayiş etdirib.

Modern.az xəbər verir ki, kralın müraciəti kral ailəsinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

"Harri Keyn və komandanın kədərini bölüşürəm. Bu gün siz, "üç şir", yaralarınızı sağaldırsınız, lakin millətin qüruru olaraq qalırsınız və mütləq yenidən ayağa qalxacaqsınız", - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, "üç şir" İngiltərə yığmasının rəsmi emblemindəki təsvirlərlə bağlı olan ləqəbidir.

Xatırladaq ki, yarımfinal oyununda Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi