Modern.az

Moskvada terror aktı - ABŞ-dan məlumat gəldi

Moskvada terror aktı - ABŞ-dan məlumat gəldi

Dünya

Bu gün, 21:14

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada terror aktının planlaşdırılması barədə məlumat alıb.

Modern.az xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Rusiya xüsusi xidmət orqanları müvafiq tədbirlər görür.

Qeyd edək ki, bu gün ABŞ-ın Rusiyadakı səfirliyi Tsaritsyno Muzey-Qoruğunun ərazisində "kütləvi itkilər"lə bağlı "etibarlı təhlükə" barədə xəbərdarlıq yayıb. Səfirlik diplomatların "Tsaritsino" Muzey-Qoruğunda kütləvi insan tələfatına səbəb ola biləcək təhlükə barədə məlumat əldə etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir