Modern.az

Müəmmalı ölüm: Ailənin tək övladının meyiti tapıldı - FOTO

Müəmmalı ölüm: Ailənin tək övladının meyiti tapıldı - FOTO

Hadisə

31 Oktyabr 2026, 23:30

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.

Modern.az Metbuat.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur.

Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir