2026-cı il futbol üzrə dünya çempionatı maraqlı statistik faktlarla yadda qalmağa davam edir. Turnirin finalına yüksələn İspaniya millisi ilə bağlı diqqətçəkən tarixi detal üzə çıxıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın bu mundialda qarşılaşdığı bütün səkkiz rəqib ölkə tarixinin müəyyən dövründə İspaniya ilə eyni dövlətin, imperiyanın və ya siyasi birliyin tərkibində olub.
Məlumata görə, İspaniyanın qrup və pley-off mərhələsində üz-üzə gəldiyi komandalar bunlardır:
- Kabo-Verde – XVI-XVII əsrlərdə İberiya İttifaqı dövründə İspaniya və Portuqaliyanın ortaq hakimiyyəti altında olub;
- Səudiyyə Ərəbistanı – Əməvilər xilafəti dövründə İberiya yarımadası ilə eyni siyasi məkanın bir hissəsi hesab olunurdu;
- Uruqvay – İspaniyanın Río de la Plata vitse-kralığının tərkibində olub;
- Avstriya – Habsburqlar sülaləsinin hakimiyyəti dövründə İspaniya ilə eyni monarxik sistemdə təmsil olunub;
- Portuqaliya – 1580-1640-cı illərdə İberiya İttifaqı çərçivəsində İspaniya tacına tabe olub;
- Belçika – İspan Niderlandları kimi tanınan ərazilərin tərkibində yer alıb;
- Fransa – Napoleonun Birinci İmperiyası dövründə İspaniya üzərində ciddi siyasi təsirə malik olub;
- Argentina – uzun illər İspaniyanın müstəmləkəsi kimi idarə olunub.
Beləliklə, İspaniya millisinin dünya çempionatında finala qədər keçdiyi bütün rəqiblər tarixən bu və ya digər formada Madridin siyasi təsir dairəsində yer alıblar.
Qeyd edək ki, İspaniya dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq. Maraqlıdır ki, Argentina da bir vaxtlar İspaniya imperiyasının ən böyük və strateji əhəmiyyətə malik koloniyalarından biri olub.