Modern.az

Futbol dünyasının gözü FİFA-da: 2030-cü il mundialı üçün SÜRPRİZ

Futbol dünyasının gözü FİFA-da: 2030-cü il mundialı üçün SÜRPRİZ

İdman

Bu gün, 16:30

Futbol dünyasının diqqəti indi üç qitəni əhatə edəcək 2030-cu il Dünya Çempionatına yönəlib.

Modern.az xəbər verir ki, Beynəlxalq Futbol İttifaqı (FİFA) Dünya Kubokunda tətbiq olunan 48 komandalı formata uyğun olaraq, turnirin 100 illiyi ilə üst-üstə düşən 2030-cu il çempionatı, 6 ölkə və 3 qitəyə yayılmış təşkilati strukturu ilə tarix yazmağa hazırlaşır.

2030-cu ildə keçirləcək 24-cü Dünya Çemmpionatı turnirin 100 illiyi ilə əlaqədar bu günə qədər ən qeyri-adi yarışlardan biri olacaq.

2030-cu il iyunun 8-dən iyulun 21-dək İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina və Paraqvayda keçiriləcək Dünya Çempionatı tarixində ilk dəfə 3 qitə və 6 ölkədə keçiriləcək.

6 ev sahibi ölkənin milli komandaları seçmə oyunlar keçirmədən birbaşa turnirə vəsiqə qazanacaqlar.

2030-cu il FİFA Dünya Kuboku turnirin 100 illiyini qeyd etmək üçün Uruqvay, Argentina və Paraqvayda keçiriləcək üç açılış oyunu ilə başlayacaq.

Uruqvay, Argentina və Paraqvay ilk qrup oyunlarını öz ölkələrində, azarkeşləri qarşısında keçirəcəklər.

1930-cu ildə ilk FİFA Dünya Kubokuna ev sahibliyi edən Uruqvayın Montevideo şəhərindəki Centenario Stadionu turnirin 100 illiyi münasibətilə keçirilən tədbirlərin mərkəzi olacaq. Bu stadion həmçinin xüsusi açılış oyununa da ev sahibliyi edəcək.

Argentinanın Buenos-Ayres şəhərindəki "Monumental" stadionu və Paraqvayın Asunsyon şəhərindəki "Osvaldo Dominguez Dibb" stadionunun hər birində bir açılış oyunu keçirilməsi planlaşdırılır.

Daha sonra, 13-14 iyun 2030-cu il tarixlərində rəsmi açılış mərasimi Mərakeş, Portuqaliya və İspaniyada əsas qrup oyunları ilə birlikdə keçiriləcək.

İspaniya və Mərakeş 2030-cu il FİFA Dünya Kubokunun finalına ev sahibliyi etmək uğrunda yarışırlar.

Turnir oyunlarının keçiriləcəyiı stadionlar hələ FİFA tərəfindən açıqlanmasa da, Mərakeş və İspaniya arasındakı rəqabət səbəbindən finalın yeri rəsmi olaraq müəyyən edilməyib.

İspaniya tərəfində təmir olunmuş "Santyaqo Bernabeu" stadionu 2030-cu il Dünya Kubokunun finalına ev sahibliyi etmək üçün ən güclü namizəd hesab olunur.

Mərakeşin Kasablanka şəhərində tikilməkdə olan 115.000 tamaşaçı tutumuna malik "Grand Stade Hassan II" stadionu final təşkilatçılığı üçün "Santyaqo Bernabeu"ya ən güclü rəqibdir.

Ev sahibi ölkələr namizəd stadionlarını müəyyən etsələr də, bəzi şəhərlər və stadionlar, xüsusən də İspaniyada dəyişikliklər ehtimalı var.

Buna görə də, indiyə qədər açıqlanan stadionlar turnir üçün əsas namizədlər olsa da, yekun siyahı FİFA-nın rəsmi təsdiqindən sonra dəqiqləşdiriləcək.

Turnirin 100 illik yubileyini qeyd etmək üçün komandaların sayı 48-dən 64-ə qədər artırıla bilər.

FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Çempionatını böyük uğur kimi qiymətləndirdikdən sonra 2030-cu il mundialında iştirak edən komandaların sayının 64-ə çatdırılma ehtimalını mümkün sayıb.

İnfantino 64 komandalı turnir arzusunu müdafiə edərək deyib: "Əgər kiçik ölkələrə iştirak etmək şansı verməsəniz, onların özlərini inkişaf etdirməyə davam etmək motivasiyası azalır".

Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominguez də bu təklifi dəstəkləyərək yeni tənzimləməni "əla fürsət" adlandırıb. Lakin UEFA prezidenti Aleksandr Çeferin və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə təklifə qarşı çıxıblar. Hər iki rəhbər 64 komandalı Dünya Kuboku ideyasını həm turnir təşkilatı, həm də seçmə sistemi baxımından "pis fikir" hesab edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr