"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
Modern.az xəbər verir ki, Bakı klubu III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdıracağı təqdirdə "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
10:44
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibi bəlli olacaq.
Bakı klubu III təsnifat mərhələsində Danimarkanın "Orxus" komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.