Modern.az

"Dinamo" (Kiyev) - “Qarabağ” oyununun biletləri satışda - QİYMƏT

"Dinamo" (Kiyev) - “Qarabağ” oyununun biletləri satışda - QİYMƏT

İdman

Bu gün, 12:12

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo" (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) matçını “Arena Lublin” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər aşağıda paylaşılan link vasitəsilə onlayn satışa çıxarılıb.

Modern.az xəbər verir ki, biletlərin qiyməti (49 PLN) AZN-dir.

Azarkeşlərimizdən bilet alarkən e-mail ünvanlarını düzgün qeyd etmələri xahiş olunur.

VACİB MƏQAM: Bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.

DİQQƏT: Stadiona giriş yalnız biletlə mümkün olacaq və şəxsiyyətinizi təsdiq edən sənəd mütləq üzərinizdə olmalıdır.

Bilet satışı:  //bit.ly/45xl87Y

Qeyd edək ki, "Dinamo" (Kiyev, Ukrayna) - “Qarabağ” oyunu avqustun 6-ı Bakı vaxtı ilə 21:00-da, yerli vaxtla isə 19:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya şəhərlərini BOMBALAYIR - Universitet partladıldı