Modern.az

“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri bilindi

“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri bilindi

İdman

3 Avqust 2026, 16:35

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alıb. 

Püşkün nəticəsinə əsasən, rəqib səpələnməmişlər səbətindəki “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi olub.

“Qarabağ” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir