Beynəlxalq Futbol Federasiyaları İttifaqının (FİFA) sabiq prezidenti Yozef Blatter təşkilatın rəhbəri vəzifəsinə Norveç Futbol Assosiasiyasının prezidenti Lize Klavenessin təyin olunmasını təklif edib.
Modern.az xəbər verir ki, Blatter bu barədə özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Lize Klaveness ən yüksək hörmətə layiqdir. O, hər zaman aydın mövqe tutan və axına qarşı üzməyən yeganə şəxsdir. Bir qadının FİFA-ya rəhbərlik etməsinin vaxtı çatıb".
45 yaşlı var Lize Klaveness Norveç millisinin sabiq futbolçusudur. 2022-ci ildən Norveç Futbol Federasiyasının prezidenti vəzifəsini tutur.
Qeyd edək ki, FİFA-nın hazırkı prezidenti Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq təklifinə görə təniqdlərə məruz qalıb. O, yaranmış vəziyyətə görə postunu tərk edə bilər. Canni İnfantino 2016-cı ilin fevral ayından bəri FIFA-ya rəhbərlik edir.
FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.