Bu gün UEFA Çempionlar Liqasında azarkeşlərin böyük maraqla gözlədiyi bir sıra qarşılaşmalar keçiriləcək.
Modern.az xəbər verir ki, Azərbaycanda əsas diqqət təbii ki, "Sabah" - "Orhus" matçına yönəlib.
Komandamız Bakıda Danimarka çempionuna qalib gəlməlidir. Tərəflər arasında Danimarkada keçirilən ilk matçda "Orhus" 2:1 hesablı qələbə qazanıb.
Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək matç İctimai Televiziyada yayımlanacaq.