Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edib.
Modern.az xəbər verir ki, Bakıda keçirilən qarşılaşmada hesabı 59-cu dəqiqədə Velko Simiç açıb.
Daha sonra Stiv Solvet 67-ci, Joy-Lans Mikels 79-cu, Kandar Severina isə 89-cu dəqiqədə fərqlənib.
Beləliklə, iki oyunun nəticəsinə görə “Sabah” “Orhus”u 5:2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.