Modern.az

Zubir "Qarabağ"dan ayrıldı

Zubir "Qarabağ"dan ayrıldı

İdman

15 Avqust 2026, 13:06

"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb.

Modern.az xəbər verir ki, sportal.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi ötən gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.

34 yaşlı futbolçu 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer olunub. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.

Məlumata görə, fransalı futbolçu ötən gün Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçunun bundan sonra Qətərin “Əl-Şahaniya” klubunda çıxış edəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC