Modern.az

İşğaldan sonra övladlığa götürülənlərə məcburi köçkün statusu verilməyəcək

İşğaldan sonra övladlığa götürülənlərə məcburi köçkün statusu verilməyəcək

Ölkə

Bu gün, 17:44

Yaşadığı rayonun işğalından sonra məcburi köçkün statusu olan şəxs tərəfindən övladlığa götürülən və özünün bu statusu olmayan şəxslərə məcburi köçkün statusu və vəsiqəsi verilməyəcək.

Modern.az xəbər verir ki, bu dəyişiklik “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarında nəzərdə tutulub.

İndiyədək bu məhdudiyyət işğaldan sonra məcburi köçkün statusu olan şəxslərin himayəsinə və ya qəyyumluğuna götürülənlərə şamil edilirdi. Dəyişikliklə həmin qayda eyni şərtlərlə övladlığa götürülənlərə də aid ediləcək.

Status almaq üçün müraciət edən şəxs müvəqqəti yaşayış yeri üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanında və ya yerli bölməsində qeydiyyatdan keçməlidir. İmzalanmış ərizə və tələb olunan sənədlər elektron və ya kağız formada təqdim edilə bilər. Şəxs özü müraciət edə bilmədikdə, sənədləri səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Regional orqan və ya yerli bölmə ərizəni əlavə sənədlərlə birlikdə 7 iş günü ərzində Dövlət Komitəsinə göndərməlidir.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib