Modern.az

“Barselona”nın ulduzu PSJ-yə keçdi - 50 milyonluq transfer

“Barselona”nın ulduzu PSJ-yə keçdi - 50 milyonluq transfer

İdman

Bu gün, 16:52

İspaniya çempionu “Barselona”nın hücumçusu Ferran Torres PSJ-yə keçib və Fransa çempionu ilə 2031-ci ilədək müqavilə imzalayıb. Modern.az xəbər verir ki, PSJ-nin mətbuat xidməti transferi rəsmən açıqlayıb.

İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Torres yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Daha əvvəl PSJ-nin 25 yaşlı hücumçu üçün “Barselona”ya 50 milyon avro ödəyəcəyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Ferran Torres 19 iyulda keçirilən 2026-cı il dünya çempionatının finalında Argentina ilə oyunda İspaniyaya qələbə qazandıran qola imza atmışdı.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama