Modern.az

Millimiz Türkiyədən qələbə ilə QAYITDI 

Millimiz Türkiyədən qələbə ilə QAYITDI 

İdman

Bu gün, 16:58

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Modern.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!