Modern.az

AVRO-2026: Azərbaycan millisi növbəti qələbəsini qazandı

AVRO-2026: Azərbaycan millisi növbəti qələbəsini qazandı

İdman

23 Avqust 2026, 22:27

Azərbaycanın voleybol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Modern.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun II turunda İspaniya seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:0 (25:16, 25:22, 25:14).

Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 6 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...