Modern.az

Elvin Cəfərquliyev əməliyyat olunacaq 

Elvin Cəfərquliyev əməliyyat olunacaq 

İdman

25 Avqust 2026, 15:41

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin Ukraynanın “Dinamo Kiyev” komandası ilə cavab qarşılaşmasında zədələnən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunacaq.

Modern.az Sportify.az-a istinadən xəbər verir ki,  bu, avqustun 13-də zədə alan 26 yaşlı müdafiəçinin klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticəsində müəyyənləşib.

Cəfərquliyevin sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.

İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.

İlkin proqnoza əsasən, Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!