Modern.az

Dünyanın ən yaxşı qadın tennisçisi məlum oldu - SİYAHI

Dünyanın ən yaxşı qadın tennisçisi məlum oldu - SİYAHI

İdman

Bu gün, 16:41

Qadın Tennis Assosiasiyası (WTA) dünya tennisçilərinin 14 sentyabr tarixinə olan yeni reytinqini açıqlayıb.

Modern.az xəbər verir ki, ABŞ-nin Açıq çempionatının qalibi, Qazaxıstanı təmsil edən Yelena Rıbakina 7492 xalla reytinqin ilk pilləsinə yüksəlib.

Belaruslu Arina Sabalenka 6485 xalla ikinci pilləyə geriləyib. ABŞ təmsilçisi Cessika Pequla isə 5825 xalla üçüncü sıraya yüksəlib.

İlk onluqda daha bir sıra dəyişiklik baş verib. ABŞ tennisçisi Kori Qauff dördüncü, Rusiyanı təmsil edən Mirra Andreyeva isə beşinci pillədə qərarlaşıb.

Ukraynalı Elina Svitolina altıncı, çexiyalı Karolina Muxova yeddinci, Linda Noskova səkkizinci, ukraynalı Marta Kostyuk doqquzuncu, polşalı İqa Şvyontek isə onuncu olub.

1. Yelena Rıbakina (Qazaxıstan) – 7492 xal

2. Arina Sabalenka (Belarus) – 6485

3. Cessika Pequla (ABŞ) – 5825

4. Kori Qauff (ABŞ) – 5654

5. Mirra Andreeva (Rusiya) – 5614

6. Elina Svitolina (Ukrayna) – 4809

7. Karolina Muxova (Çexiya) – 4400

8. Linda Noskova (Çexiya) – 4234

9. Marta Kostyuk (Ukrayna) – 3850

10. İqa Şvyontek (Polşa) – 3584

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?