Modern.az

Portuqaliya millisi Ronaldoya görə milyondan çox azarkeş itirdi

Portuqaliya millisi Ronaldoya görə milyondan çox azarkeş itirdi

İdman

Bu gün, 13:07

Kriştiano Ronaldonun Portuqaliya milli komandasının düşərgəsini tərk etməsi komandanın rəsmi "Instagram" hesabındakı izləyici sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Modern.az xəbər verir ki, futbolçunun baş məşqçi və Portuqaliya Futbol Federasiyası ilə yaşadığı münaqişədən sonra milli komandanın hesabı təxminən 1,1 milyon izləyici itirib.

İzləyicilərin sayı cəmi 24 saat ərzində 25 milyondan 23,9 milyona düşüb.

İzləyici sayında azalma baş verməzdən əvvəl Portuqaliya milli komandası “Instagram” izləyicilərinin sayına görə milli komandalar arasında lider mövqedə idi. 4 oktyabr 2026-cı il tarixinə olan məlumata görə, komandanın səhifəsinin bütün dünyada 22,9 milyon izləyicisi var.

Qeyd edək ki, sentyabrın 30-da Kriştiano Ronaldo Danimarkadakı Portuqaliya milli komandasının düşərgəsini qalmaqallı şəkildə tərk edib.

Daha sonra Ronaldonun məşhur 7 nömrəli forması ondan alınıb. Bundan əlavə, o, icazəsiz olaraq milli komandanı tərk etdiyinə görə bir aydan altı aya qədər müddətə diskvalifikasiya olunma təhlükəsi ilə üz-üzə qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər