Modern.az

Bu avtomobillərin idxalı vergidən AZAD EDİLİR

Bu avtomobillərin idxalı vergidən AZAD EDİLİR

İqtisadiyyat

3 Noyabr 2021, 10:55

İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilir. 

 

Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.  

 

Belə ki, Məcəllənin 164.1.41-ci maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

 

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat ( əvvəl 13 manat idi) . Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır. 

 

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat 

 

(Hazırda 18600 manat + hər kubsantimetrə görə 35 manatdır)

 

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat  ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır)

 

Məcəlləyə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?