Modern.az

Prezidentin köməkçisi əməkhaqqılarının artırılmasından DANIŞDI

Prezidentin köməkçisi əməkhaqqılarının artırılmasından DANIŞDI

İqtisadiyyat

4 Noyabr 2021, 19:03

Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumdaxili məhsulun artımına baxmaq lazımdır.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

 

Prezidentin köməkçisi bildirib ki, hazırda əməkhaqqılarının artımına baxılır.

 

“Əməkhaqqılarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək”, - deyə o əlavə edib.

 

Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?