Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli açıqlanıb.
Modern.az xəbər verir ki, Vahid Tarif Cədvəli Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib.
Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:
| Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı
(manatla) |
| 1 | 300 |
| 2 | 312 |
| 3 | 325 |
| 4 | 338 |
| 5 | 353 |
| 6 | 367 |
| 7 | 383 |
| 8 | 398 |
| 9 | 415 |
| 10 | 432 |
| 11 | 450 |
| 12 | 468 |
| 13 | 487 |
| 14 | 508 |
| 15 | 528 |
| 16 | 549 |
| 17 | 604 |
| 18 | 725 |
| 19 | 979 |