Modern.az

Mərkəzi Bankın 2022-ci il üzrə hədəfləri

Mərkəzi Bankın 2022-ci il üzrə hədəfləri

İqtisadiyyat

22 Fevral 2022, 18:07

Azərbaycan Mərkəzi Bankı 2022-ci il üzrə hədəfləri açıqlayıb.

 

Bankdan Modern.az-a bildirilib ki, 2022-ci il ərzində Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyası”nın hədəflərinə uyğun olaraq, bir sıra istiqamətlər üzrə tədbirlər davam etdiriləcək: Ödəniş və informasiya sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi; Bank olmayan ödəniş xidməti təchizatçılarının nəzarət çərçivəsinin yaradılması; “Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi; Ani Ödəniş Sisteminin əhatə dairəsinin genişləndirilməsi; Rəqəmsal ödənişlər üzrə təşviqat və təbliğat tədbirlərinin genişləndirilməsi.

 

Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, rəqəmsal bankçılıq üzrə indikator göstəricisinin 2022-ci il üçün 80 faizə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 40 faizə çatdırılması hədəflənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!