Modern.az

Azərbaycan Avropaya enerji satmağa hazırlaşır

Azərbaycan Avropaya enerji satmağa hazırlaşır

İqtisadiyyat

17 May 2022, 16:48

Xəzər dənizində istehsal olunan elektrik enerjisinin Avropaya satılması ilə bağlı danışıqlar aparılır.

 

Modern.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir müavini qeyd edib ki, danışıqlar Avropa-Azərbaycan Enerji Dialoqu çərçivəsində müxtəlif şirkətlərlə aparılır: "Xəzər dənizində elektrik enerjisi çoxdur. Avropa-Azərbaycan Enerji Dialoqu var, buna yaşıl enerji koridoru da deyirik".

Sizə yeni x var
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri