Modern.az

SOCAR-ın qazpaylayıcı stansiyaları “Azəriqaz”a verilir

SOCAR-ın qazpaylayıcı stansiyaları “Azəriqaz”a verilir

İqtisadiyyat

8 İyul 2022, 14:16

398 qazpaylayıcı stansiya SOCAR-ın Qaz İxrac İdarəsinin tabeçiliyindən “Azəriqaz”ın tabeçiliyinə verilir.

 

Modern.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin Baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası zamanı jurnalistlərin duallarını cavablandırarkən bildirib.

 

R.Əliyev qeyd edib ki, bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib və təhvil-təslim, işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib:

 

“1700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək. Bizim həm əməkhaqqı fondumuz artır, həm də gələcəkdə təmir-tikinti işlərimiz artır. Bununla bağlı heç bir tarifə dəyişiklik olmur. Ona görə də biz maksimum çalışmalıyıq ki, debitor borclarımızın yığılması üzərindən bu xərclərimizi ödəyə bilək”.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!