Modern.az

Mərkəzi Bank üç şirkəti cərimələdi

Mərkəzi Bank üç şirkəti cərimələdi

İqtisadiyyat

15 Aprel 2026, 14:56

Azərbaycanda üç şirkət cərimələnib.

Modern.az xəbər verir ki, "A+CO" və "Diadem" ASC-ləri, eləcə də "Ekolizinq" MMC  Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən cərimə edilib.

Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. Odur ki, məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq şirkətlərin hər biri 2 000 manat cərimə olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi