Modern.az

Prezident məşhur şirkətin sahibini təltif etdi

Prezident məşhur şirkətin sahibini təltif etdi

İqtisadiyyat

Bu gün, 14:20

Prezident İlham Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup iş adamını “Tərəqqi” medalı ilə təltif edib.

Modern.az-ın məlumatına görə, təltif olunanlar arasında Səhliyalı Vahid oğlu Bəşirov da var.

Qeyd edək ki, Səhliyalı Bəşirov məşhur “Səhliyalı” şirkətinin təsisçisidir. Bu şirkət Bəşirovlar ailəsinin üzvləri tərəfindən idarə olunur.

Səhliyalı Bəşirovdan əvvəl adı çəkilən şirkətin təsisçisi onun atası mərhum Vahid Bəşirov olub.

“Səhliyalı” şirkəti 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb. Sonradan “Səhliyalı” müəssisəsi holdinq kimi fəaliyyət göstərməyə başlayıb. Burada 4 müxtəlif sex fəaliyyətdədir. Holdinq hazırda ət və süd məhsulları istehsal edilir. Şirkət istehlakçılar arasında daha çox “Min Bərəkət, Halal Nemət” ticarət nişanı ilə tanınır.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!