Modern.az

Kənd təsərrüfatı məhsullarının istehsalında lider RAYONLAR

Kənd təsərrüfatı məhsullarının istehsalında lider RAYONLAR

İqtisadiyyat

4 Avqust 2026, 08:00

Kənd təsərrüfatı məhsullarının istehsalında ən yüksək nəticə göstərən rayonların siyahısı məlum olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, dənli və dənli paxlalı bitkilərin istehsalında Cəlilabad rayonu həm 2025-ci ildə, həm də 2026-cı ilin yanvar-iyun aylarında lider olub.

Kartof və tərəvəz istehsalında Şəmkir, bostan məhsullarında isə Sabirabad hər iki dövrdə ən yüksək nəticəni göstərib.

2025-ci ildə pambıq istehsalında Saatlı rayonu lider olub, 2026-cı ilin yanvar-iyun aylarında pambıq istehsalı qeydə alınmayıb.

Tütün istehsalında Şəki rayonu həm ötən il, həm də cari ilin ilk yarısında birinci yerdə qərarlaşıb.

Şəkər çuğunduru istehsalında 2025-ci ildə Hacıqabul, 2026-cı ilin yanvar-iyun aylarında isə Beyləqan ən yüksək nəticəni göstərib.

Meyvə və giləmeyvə istehsalında 2025-ci ildə Quba, 2026-cı ilin ilk yarısında isə Cəlilabad lider olub.

2025-ci ildə dən üçün günəbaxan istehsalında Goranboy, üzüm istehsalında isə Şəmkir ilk sırada yer alıb, 2026-cı ilin yanvar-iyun aylarında bu məhsullar üzrə istehsal qeydə alınmayıb.

Yaşıl çay yarpağı istehsalında Astara həm ötən il, həm də bu il liderliyini qoruyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?