Modern.az

Azərbaycan nefti bir gündə 5 dollardan çox ucuzlaşdı

Azərbaycan nefti bir gündə 5 dollardan çox ucuzlaşdı

İqtisadiyyat

Bu gün, 09:30

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,04 % azalaraq 96,73 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİNLİK ARTDI! Türkiyəyə şok zərbə endirildi - Gəmisi vuruldu!