Modern.az

İnhisarçılığa qarşı yeni mexanizm - Qaydalar təsdiqləndi

İnhisarçılığa qarşı yeni mexanizm - Qaydalar təsdiqləndi

İqtisadiyyat

Bu gün, 11:00

"Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası" və "Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası" təsdiq olunub.

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi məqsədilə ilk növbədə müvafiq bazarın iştirakçısı olan təsərrüfat subyektlərinin müvafiq bazarda bazar payları hesablanır.

HHİ (Herfindal-Hirşman İndeksi) göstəricisi 0 və 10 000 (100 faiz) kəmiyyətləri arasında dəyər alır. HHİ göstəricisinin 0-1 500 (0-15 faiz) arasında müəyyənləşməsi müvafiq bazarda təmərküzləşmənin aşağı səviyyədə olduğunu, 1 500-2 500 arasında (15-25 faiz) müəyyənləşməsi müvafiq bazarda təmərküzləşmənin orta səviyyədə olduğunu, 2 500-dən (25 faizdən) yuxarı həddə müəyyənləşməsi isə müvafiq bazarda təmərküzləşmənin yüksək səviyyədə olduğunu göstərir. HHİ göstəricisinin 1 500-dən (15 faizdən) aşağı səviyyədə müəyyənləşməsi rəqabətli bazar strukturunu, 10 000 kəmiyyəti (100 faiz) alması isə tam inhisar bazar strukturunu ifadə edir.

Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi qaydaları isə bazar subyektləri tərəfindən təmərküzləşmələr haqqında rəqabət orqanına təqdim edilmiş ərizələrə baxılması, habelə rəqabət orqanına məlumat vermədən baş tutmuş və razılıq alınması tələb olunan təmərküzləşmələrin rəqabət orqanının öz təşəbbüsü ilə araşdırılması və təmərküzləşmələrə nəzarət tədbirləri zamanı tətbiq edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli hücum başladı - Ölənlər var