Modern.az

Borcu 1 milyon manatı aşan "Encom Construction" CƏRİMƏLƏNDİ

Borcu 1 milyon manatı aşan "Encom Construction" CƏRİMƏLƏNDİ

İqtisadiyyat

18 Sentyabr 2026, 10:07

“Encom Construction” Qapalı Səhmdar Cəmiyyət (QSC) cərimə olunub. 

Modern.az Yurd.Media-ya istinadən xəbər verir ki, “Encom Construction” QSC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Buna görə də QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə QSC 1500 manat cərimə edilib.

Qeyd edək ki, “Encom Construction” tikinti sahəsində 2009-cu ildən fəaliyyət göstərən iri şirkətlərdən biridir. QSC inzibati binaların, betonolit və metal konstruksiyaların, mikrotunel və mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi üzrə ixtisaslaşıb. Bakı və ətraf ərazilərdə yerləşən üç istehsalat bazası, iki asfalt istehsalı zavodu və bir beton zavodu şirkətin balansındadır. Rəhbəri Akif Əsədovdur. Şirkətin nizamnamə kapitalı cəmi 2 min manatdır, dövlət qarşısında yığılmış vergi borcu isə 1,1 milyon manata çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri