Modern.az

Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR

Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR

İqtisadiyyat

Bu gün, 19:40

Azərbaycanda ən çox və ən az investisiya yatırılan rayon və şəhərlər məlum olub.

Modern.az FED.az-a istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın rayon və şəhərləri üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmində böyük fərqlər qeydə alınıb.

FED.AZ-ın hazırladığı renkinqə görə, 2025-ci ildə Bakı şəhəri nəzərə alınmadıqda ən böyük investisiya işğaldan azad edilmiş rayonlara yatırılıb.

Belə rayonlar arasında ən çox vəsait Kəlbəcər rayonuna yönəldilib – 993,3 milyon manat.

İkinci yerdə Ağdam qərarlaşıb. Rayona il ərzində 784,6 milyon manat investisiya yatırılıb. İlk üçlüyü Zəngilan – 737,2 milyon manatla tamamlayır.

Sonrakı yerlərdə Abşeron, Laçın, Xızı, Şuşa və Cəbrayıl kimi rayonlar gəlir. Şəhərlər də renkinqə daxil edildikdə isə Bakı böyük fərqlə birinci yerdədir – 2025-ci ildə paytaxtda əsas kapitala yönəldilən investisiyaların həcmi 11,4 milyard manat təşkil edib.

2025-ci ildə rayon və şəhərlər üzrə investisiyalar

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər